"Baxçasaray" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu yaranıb.
MMC-nin bu gün üçün vergiyə 347 min manat borcu yaranıb.
MMC vergi öhdəliklərini yerinə yetirmədiyi üçün də bir neçə dəfə cərimə edilib. Belə ki, MMC-yə vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə maliyyə sanksiyası tətbiq edilib.
Nizamnamə kapitalı 100 manat olan MMC-nin təsisçisi Əlizadə Azər Afət oğludur.
Qeyd edək ki, MMC 2007-ci ildə yaradılıb. Şirkət Niderland, İtaliyadan və digər xarici ölkələrdən gətirilən bitki və dibçəklərin satışını, landşaft dizaynı, fitodizayn və floristika, toy, ad günləri kimi müxtəlif növ tədbirləri təşkil edir. Şirkətin "Lalələr" adlı gül salonları da var.//Musavat.com
Şərhlər