Xəbər lenti

Dünya 13:47 31.03.2024

Bayden Trampı qolf oynamağa dəvət etdi

Ağ Ev rəhbəri Co Bayden keçmiş prezident Donald Trampı qolf oynamağa dəvət edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Amerika lideri X sosial şəbəkəsində yazıb.

"Donald, qolf oynamaq təklifim hələ də qüvvədədir. Öz çantanı daşıyacaqsansa, sənə oyunda ilk üç zərbə vurmağa icazə verəcəyəm", deyə Bayden qeyd edib.

Amerika administrasiyası rəhbərinin sözlərinə görə, o, Trampı ilk dəfə 2016-cı ildə idman oyununda yarışmağa dəvət edib.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->