Xəbər lenti

Dünya 14:23 10.04.2024

Baydenin qızının gündəliyini oğurlayıb satan qadın həbs olundu

Florida sakini Eymi Harris ABŞ-da prezident Co Baydenin qızı Eşlinin şəxsi gündəliyini oğurladığı üçün həbs edilib. 

Qaynarinfo bu barədə Nyu-Yorkun Cənub Dairəsinin Prokurorluğuna istinadən xəbər verir.

"Floridalı bir qadın Eşli Baydenin gündəliyini oğurladığı üçün bir aylıq həbs cəzasına məhkum edilib", deyə məlumatda bildirilir.

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki qərargahının nümayəndələrinin 2020-ci il prezident seçkiləri ərəfəsində Eşli Baydenin şəxsi gündəliyini almaqdan imtina etdiyi bildirilirdi.

Bir gün əvvəl Floridanın iki sakini Eşli Baydenin gündəliyini oğurlayıb satmaqda təqsirli olduqlarını bildiriblər. 40 yaşlı Eymi Harris və 58 yaşlı Robert Kurlander Amerika liderinin qızının şəxsi əşyalarını oğurladıqlarını etiraf ediblər. Onlar gündəliyi 40 min dollara amerikalı fəal "Project Veritas" qrupuna satıblar. Cütlük aktivistlərə başqa əmlak vermək üçün də 100 min dollar istəyib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->