Xəbər lenti

Bazarlarda bayram bahalaşması... - Qarşısını necə almaq olar?
Ekonomiks 11:36 25.12.2025

Bazarlarda bayram bahalaşması... - Qarşısını necə almaq olar?

"Bayram qabağı qiymətlərdə kəskin artım müşahidə olunur. Təəssüf ki, qiymət artımı Novruz bayramına kimi davam edəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O, Azərbaycanın idxaldan asılı olduğunu bildirib:

"Xarici ticarət balansına baxsaq, görərik ki, idxalımız fantastik artır. Bu o deməkdir ki, yerli istehsal yoxdur və yaxud da azdır. Yerli istehsal az olduqca ərzaq məhsullarının qiymətinin artımı davam edəcək".
 


İqtisadçının fikirincə, bunun qarşısını ancaq bolluqla almaq mümkün olar:

"Bu da istehsaldan qaynaqlanır. Ərzaq məhsulları ilə bağlı vəziyyət başqadır. Ərzaq məhsulları sosial məsələ olduğuna görə, onun bahalaşması insanları daha çox narahat edir".

Natiq Cəfərli siqaretin qiymətinin qalxmasının da əsas səbəbini açıqlayıb:

"Aksiz dərəcələri və vergilər artır. Bu da elə bir sahədir ki, etiraz etmək olmur. Hökumət sağlam həyat tərzini təşviq etdiyini söyləyərək hər il demək olar ki, aksiz və vergiləri artırır. Bu da nəticə etibarıyla siqaretin bahalaşmasına səbəb olur".

Bahar Rüstəmli
--> -->