Xəbər lenti

Bazarlardakı antisanitariyaya kim nəzarət etməlidir? (ŞƏRH)
Ekonomiks 15:09 01.12.2023

Bazarlardakı antisanitariyaya kim nəzarət etməlidir? (ŞƏRH)

"Bazarlardakı antisanitariya yalnız Bakı şəhərində deyil, ölkənin regionlarında da tüğyan edir”. 

Bunu Qaynarinfo-ya iqtisadçı Rauf Qarayev Bakının bəzi bazarlarındakı antisanitar vəziyyət haqqında danışarkən deyib. 

Rauf Qarayev bildirib ki, bazarlarda antisanitariyanın aradan qaldırılması üçün buna nəzarət edə orqanlar cavabdehlik daşıyır. Lakin bu sahəyə baxan şəxslər işə ciddi yanaşmır:

"Belə vəziyyətin müxtəlif səbəbləri ola bilər. Lakin əsas problem onların öz işlərinə ciddi yanaşmalarından asılıdır. Antisanitariya mövzusu təkcə bazarlarla bağlı deyil. Bunu müxtəlif yerlərdə də müşahidə etmək olar. Belə acınacaqlı vəziyyətin qarşsını almaq üçün ilk növbədə maarifləndirmə işi aparılmalıdır. Cərimələr tətbiq edilməlidir. Əgər maarifləndirmə işi düzgün formada aparılmırsa, cərimələr tətbiq edilməsi çıxış yolu deyil”.

İqtisadçı bildirib ki, başqa bir bir addım isə antisanitariyanı yaradan qurumlara ciddi xəbərdarlıq edilməsi ola bilər:

"Əgər bunu edən sadə vətəndaşdırsa, şifahi xəbərdarlıq olunmalıdır və bu sənədlə öz əksini tapmalıdr ki, sonradan sistemdə yenidən qiymətləndirmək mümkün olsun. Şəxsə bir dəfə  xəbərdarlıq olunursa, təkrar antisanitariya hərəkətlərinə yol verirsə, dəxli yoxdur, vətəndaş ya satıcı olsun, o halda minimum məbləğdə cərimələr tətbiq olunmalıdır. Əgər cərimələr öz xeyrini verməyəcəksə, daha ciddi tədbirlər görülməlidir. Bəzi insanlarda sanki bir immunitet yaranıb. Onlar düşünürlər ki, onlara heç kim irad bildirməyəcək. Bunun nəticəsi isə özünü həmin şəxslərin idarə etdiyi bazarlarda da göstərir. Ümumiyyətlə, antisanitariya ilə bağlı təbliğat aşağı yaş qruplarından başlamalıdır. Mənzərəyə ümimi baxsaq görərik ki, kiçik yaşlarından valideynlər bununla bağlı uşaqlarını öyrətməyə başlayırlar. Bazarlarda antisanitariyanın qarşısını almaq üçün mütləq şəkildə zibil yeşikləri qoyulmalıdır və daimi təmizlik olmalıdır. Lakin bu zibil yeşikləri qoyulduqdan da sonra zibillər daşınmalıdır”. 

Rauf Qarayev deyib ki, ümumiyyətlə bu hal antisanitariyaya, infeksiya mənbəyinə gətirib çıxarır: "Biz də bunun fəsadlarını görə bilirik. Bazarlarda  normal xidmət göstərilmədikdə vətəndaşlarda çalışırlar ki, marketlərdən alış-veriş etsinlər. Sanitariya normalarına uyğun olmadığına görə bəzi  şəxslər bazarlardan üz döndərir. Bazarlarda şərait  düzgün qurlmayıb. Bəzi bazarlar var ki, orada hər  şey yüksək səviyyədədir. Biz buna nümunə olaraq  Yaşıl Bazarı göstərə bilərik”.

Həmsöhbətimizin sözlərinə görə, bu məsələdə vətəndaşların da üzərinə böyük məsuliyyət düşür:

”Çünki baş verən belə antisanitar vəziyyətə ictimai qınaq lazımdır. Təəssüf ki, bizdə ictimai qınaq tam deyil. Bir misal çəkim. Elə mənim anadan olduğum Sabirabad rayonunda yaşadığım ərazi üzrə bir kanal var. Həmin kanalın ətrafına orada yaşayan şəxslər zibil tökürdülər. Bunun qarşısını almaq üçün 7-8 il bundan əvvəl mətbuatda işıqlandırlmasını xahiş etdim. Mətbuatda işıqlandırldı və qurumlara da çatdırıldı. Qurumdan da gəlib yoxlama apardılar. Nəticə etibarı ilə kömək etdilər. Həmin şəxslərə xəbərdarlıq edildi. Sonda isə o şəxslər məni günahlandırdı ki, sən bu məsəkləni qabartmasa idin biz rahat şəkildə həmin yeri zibilləyəcəkdik. Sən bu addımı atmamışdan əvvəl heç kim narazı deyildi və bu da bizə sərf edirdi. Yəni kim ki, çalışır ki, təmizliyə riayət olunsun, sonda həmin insanların özlərini günahlandırırlar. Bundan sonra isə içi özüm qarışıq insanlar belə vəziyyətlə qarşılaşanda növbəti addımı atmağa çəkinir. Antisanitirayanı bir çox şəxslər adi bir vəziyyət kimi qəbul edirlər. Düşünmürlər ki, sonradan dəyən ziyan insanların özünə olacaq. Pandemiya vaxtı biz gördük ki, nə qədər insan həmin xəstəliyə tutulmamaq üçün qorxu içində yaşayırdılar. Bir çox vətəndaş bunu unutqanlıq kimi qəbul edirlər. Amma düşünmürlər ki, hər şey xırda bir nüansdan başlayır və buna fikir vermədikdə tək özlərinə yox başqa şəxslərə də ziyan edir. Ona görə də bunu tək qurumların üzərinə atmaq doğru deyil. İnsanın özündən də çox şey asılıdır. Təəssüf olsun ki, bəzi şəxslər qorxudan, bəziləri işini itirməkdən qorxur, bəziləri üçün belə vəziyyət adi hal alır. Ona görə də bazarlarda çətin şəraitdə fəaliyyət göstərilir. Antisanitariya normalarına riayət olunması bütünlükdə sistematik şəkildə həyata keçirilməlidir.  Əgər pilləli şəkildə nəzarət həyata keçirlməsə proses bu formada qalacaq və biz heç bir dəyişikliyin olduğunu görməyəcəyik”.
 
Günay İlqarqızı

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->