FIFA Ukraynanın "Vorskla” klubuna transfer qadağası qoyub.
Bu barədə ali futbol qurumu məlumat yayıb.
Sentyabrın 16-dan qüvvəyə minən məhdudiyyət növbəti üç transfer dönəmini əhatə edəcək.
Buna səbəb klubun futbolçulara qarşı maliyyə öhdəliklərini yerinə yetirməməsidir.
"Vorskla” Ukrayna 1-ci Liqasında 8 xalla 7-ci pillədə qərarlaşıb.
Şərhlər