Xəbər lenti

Labubu istehsalçısının bazar dəyəri 13 milyard dollar azaldı
Dünya 19:07 17.09.2025

Labubu istehsalçısının bazar dəyəri 13 milyard dollar azaldı

Avqustun 26-dan bu günə qədər məşhur Çin "Labubu" kuklalarının istehsalçısı "Pop Mart International"ın bazar dəyəri 13 milyard dollar ucuzlaşıb.

Qaynarinfo bu barədə "Bloomberg"ə istinadən xəbər verir.

Sentyabrın 15-nə şirkətin bazar kapitallaşması 44 milyard dollar təşkil edib. "Bloomberg"ə görə, azalma oyuncaqlar ətrafında həyəcanın azalması ilə əlaqədardır. Həmin gün səhmlər 9% ucuzlaşıb. Bu, aprel ayından bəri ən böyük azalma olub. "JPMorgan Chase & Co." analitikləri səhmin reytinqini "üstün"dən "neytral"a endiriblər.

"Pop Mart International"ın yaradıcısı Vanq Ninq Çinin ən gənc milyarderlərindən biri olaraq qalır. Sentyabrın 15-nə olan məlumata görə, o və ailəsi Forbes Real-Time Milyarderlər Siyahısında 108-ci yerdə qərarlaşıb. Onların xalis sərvəti 21,6 milyard dollar (-6,4%) qiymətləndirilir. Ailə bir gündə 1,5 milyard dollar itirib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->