XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bədii gimnastika üzrə Avropa çempionatı Moskvadan alınaraq Bakıya verildi
İdman10:21 16.07.2022

Bədii gimnastika üzrə Avropa çempionatı Moskvadan alınaraq Bakıya verildi

2023-cü ildə Moskvada keçirilməsi nəzərdə tutulan bədii gimnastika üzrə Avropa çempionatı Bakıda baş tutacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Gimnastika İttifaqının (UEG) mətbuat xidməti məlumat yayıb. Yarışlar mayın 17-23-də təşkil olunacaq.
Martın əvvəlində Beynəlxalq Gimnastika Federasiyası (FIG) Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarus idmançılarının təşkilatın himayəsi altında keçirilən yarışlarda iştirakına qadağa qoyub.