XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var
Ölkə20:09 30.09.2026

Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var

Naxçıvan-Sədərək yolunda avtomobil aşıb, 5 nəfər xəsarət alıb.

Qaynarinfo report-a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının rayonun Böyükdüz kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 75-BX-715 dövlət qeydiyyat nişanlı "Xəzər" markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 2010-cu il təvəllüdlü Ələsgərli Hüseyn Vilayət oğlu, 1998-ci il təvəllüdlü Rəsulov Xəyal İbrahim oğlu, 2009-cu il təvəllüdlü Əliyev Nihad Kamal oğlu, 2002-ci il təvəllüdlü Xəlilzadə Vaqif Eldəniz oğlu və 2007-ci il təvəllüdlü Tahirov Qəzənfər Rasim oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.