Bolqarıstanın tanınmış iş adamı və ölkə çempionatında çıxış edən "Botev Plovdiv" futbol klubunun prezidenti İliyan Filipov çərşənbə günü səhər Plovdiv şəhərində güllələnərək öldürülüb.
Qaynarinfo xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.
Bolqarıstanın ən böyük nəqliyyat və logistika şirkətlərindən biri olan PIMK-ın sahibi və "Botev Plovdiv" klubunun əsas səhmdarı İliyan Filipov yerli vaxtla gecə saat 01:00 radələrində şəhərdə ona məxsus ərazidə öldürülüb. Polis Plovdiv şəhərinin əsas giriş və çıxışlarını nəzarətə götürüb. Plovdiv paytaxt Sofiyadan təxminən 145 kilometr cənub-şərqdə yerləşir.
Şəhər dairə prokuroru Vanya Xristeva keçirilən brifinqdə istintaqın bütün mümkün istiqamətlər üzrə aparıldığını bildirib: "Biz bütün mümkün izləri fəal şəkildə araşdırırıq".
Aydın
Şərhlər