Xəbər lenti

Dünya 22:31 12.04.2024

Belçikanın baş naziri Ukraynaya F-16-ları nə vaxt tədarük edə biləcəyini dedi

Belçika Ukraynaya F-16 təyyarələrini 2025-ci ildən tez tədarük edə bilməyəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə baş nazir Aleksandr de Kroo Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, Belçika hələ də ukraynalı pilotların və texniki personalın bu təyyarələrdə işləmək üçün hazırlanması üzrə təlim missiyasında iştirak edir.

"F-16-ların digər ölkələrə təhvil verilməsi gələn ay başlaya bilər. Hələlik Belçika F-16-ları hələ ki, özümüzə lazımdır. Gələn ildən etibarən bu təyyarələrin dəyişdirilməsinə başlanılacaq, sonra tədarük üçün bizdə belə təyyarələr olacaq, lakin növbəti Belçika hökuməti buna uyğun olaraq yekun qərarı verməlidir”, - De Kroo izah edib.

Bundan əvvəl Vladimir Zelenski "Politico” qəzetinin daxil olduğu "Axel Springer” media holdinqinə müsahibəsində ABŞ-ı F-16 qırıcıları və ATACMS raketlərinin Ukrayna Silahlı Qüvvələrinə təhvil vermə sürətinin aşağı olmasına görə tənqid edib.

Zelenski iddia edib ki, ABŞ Kiyevə lazım olan hərbi yardımı göndərməsə, Ukrayna Silahlı Qüvvələri davamlı olaraq geri çəkiləcək.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?