XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü
Ölkə09:00 29.09.2026

Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü

Bərdə rayonunda restoranda dava olub.

Qaynarinfo oxu.az-a istinqadən xəbər verir ki, hadisə rayon ərazisindəki "Qızıl balıq" restoranında baş verib.

Restoranda müğənni kimi fəaliyyət göstərən Yeganə adlı xanım Yalçın adlı şəxslə sevgi münasibətində olub. Yalçın Yeganəyə görə restorana gəlib və onunla maraqlanıb.

Bir müddət əvvəl Yalçın yenidən restorana gəlib və Yeganənin müştərilər üçün oxuduğunu görərək ona irad bildirib. Yalçının restoranda səs-küy yaratdığını görən administrator Rafil Əhmədov (soyad şərtidir - red.) ona yaxınlaşaraq müştəriləri narahat etməməsini tapşırıb.

Yalçın yenidən səs-küy salaraq restoranın iş rejiminə mane olub. Rafil Yalçını restorandan çıxararaq qovub.

Hadisədən iki gün sonra Yalçın yenidən restorana gələrək Rafil ilə mübahisə edib. Nəticədə dava düşüb və Rafil baş zərbəsi ilə Yalçının burnunu sındırıb.

Hadisə yerinə polis əməkdaşları gəlib, Rafil saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə R.Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.