Xəbər lenti

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya olundu
Ölkə 22:53 29.11.2023

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya olundu

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunub.

Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, beynəlxalq hüququn norma və prinsiplərinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Samir Həsənovun ekstradisiyası haqqında Azərbaycan tərəfinin vəsatəti Livan Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Samir Həsənovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Noyabrın 29-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Samir Həsənov Livandan ölkəmizə gətirilib

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->