Ətraf mühitin temperaturu 0 °C-dən aşağı düşdükdə, pinqvinlər ayaqlarına isti qan axınını artırırlar. Bu, onların donmasının qarşısını alsa da, eyni zamanda istilik itkisini də artırır.
Qaynarinfo xəbər verir ki, bu barədə “Discover Wildlife” yazır.
Ayaqları isitmək ehtiyacı ilə istilik və nəticədə orqanizmin enerji itkisinə yol verməmək arasındakı tarazlığın qorunması pinqvinlərin termorequlyasiyasının əsas aspektlərindən biridir.
Qeyd olunur ki, bu quşlar qalın piy təbəqəsi və xüsusi tüklərdən ibarət su keçirməyən lələkləri sayəsində yüksək istilik izolyasiyasına malikdirlər.
Bundan əlavə, onların ətraflarda əks cərəyanlı istilik mübadiləsi mexanizmlərini özündə birləşdirən yüksək inkişaf etmiş qan dövranı sistemi var.
Üzgəclər və ayaqlar əsas istilik itkisi zonaları olduğundan, quşların istilik mübadiləsi sistemi belə işləyir: bədəndən gələn isti arterial qan venalara yaxın yerləşən kiçik arteriyalarla hərəkət edir. Bu venalar qanı ayaqlardan və üzgəclərdən geri qaytarır. Arterial qan ətraflara çatmamış soyuyur, geri qayıdan venoz qan isə orqanizmi soyutmağa macal tapmadan əvvəl isinir.
Bildirilib ki, bu uyğunlaşmalar kompleksi soyuq və yüksək enliklərdə əla işləsə də, daha isti şəraitdə quşların həddindən artıq isinməsinə səbəb ola bilər. Məhz buna görə daha mülayim iqlimə malik bölgələrdə, məsələn, Cənubi Afrikada yaşayan növlərin üzgəcləri daha böyükdür və sifətlərində lələksiz sahələr mövcuddur.
Aydın
Şərhlər