Xəbər lenti

BŞİH müəssisəsinə məxsus elektrik avadanlıqları oğurlandı
Ölkə 14:55 24.11.2025

BŞİH müəssisəsinə məxsus elektrik avadanlıqları oğurlandı

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində fəaliyyət göstərən "Bakı Şəhər İşığı" Elektrik Şəbəkələri Müəssisəsinin balasında olan ərazilərdən elektrik avadanlıqları oğurlanıb. 

Qaynarinfo xəbər verir ki, oğurluq nəticəsində müəssisəyə 3425,18 manat ziyan dəyib. 

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Faktla bağlı cinayə işi başlanıb. Cinayət işi çərçivəsində oğurluq edilən ərazilərdəki təhlükəsizlik kameralarına baxış keçirilib. Nəticədə hadisəni törədən şəxs müəyyən edilərək saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə ittiham elan edilib. Həmçinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Təqsirləndirilən şəxs Qabil Qulamovdan (şərti) ümumi dəyəri 2884 manat təşkil edən elektrik avadanlıqları maddi sübut olaraq götürülmüş və daha sonra müəssisəyə qaytarılıb. Cinayət işinə Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə baxılıb. 

Məhkəmə zamanı Qalib Qulam özünü verilmiş ittiham üzrə təqsirli bilib. O, həmçinin qeyd edib ki, dəymiş ziyanda qalıq qalan 541,4 manatı ödəməyə hazırdır. Məhkəmənin hökmü ilə ona 2  il 9  ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->