Xəbər lenti

Dünya 17:17 21.04.2024

Blinken Çinə səfəri zamanı Pekini sanksiyalarla hədələyəcək

ABŞ dövlət katibi Entoni Blinken aprelin 24-dən 26-dək Çinə səfəri zamanı həmkarlarını Pekin Moskvaya texnologiya tədarükünü davam etdirərsə, mümkün sanksiyalar barədə xəbərdar edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən yazıb
 
Qəzetin yazdığına görə, dövlət katibi ABŞ-ın Çinin hərəkətlərinə getdikcə daha dözümsüz olduğunu çatdırmalıdır.

Entoni Blinken Çinin xarici işlər naziri Van Yi ilə görüşdə Rusiya ilə əməkdaşlıq məsələsini müzakirə edəcək. O, ABŞ-ın hansı sanksiyalar tətbiq edə biləcəyini açıqlamağı planlaşdırmır. FT mənbələrinə görə, Çindəki maliyyə və digər təşkilatlar məhdudiyyətlərə məruz qala bilər.

Aprelin 16-da "Reuters" yazıb ki, Entoni Blinkenin Pekinə gözlənilən səfəri ABŞ-ın Çinin Rusiyaya silah tədarükü ilə bağlı narahatlığı ilə bağlıdır. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller həmin gün bildirib ki, Çin Rusiyaya pilotsuz təyyarələr və raketlər, habelə peyk şəkilləri yaratmaq üçün texnologiya ötürür.

Aprelin 19-da keçiriləcək G7-nin nazirlər görüşündən əvvəl Entoni Blinken bildirib ki, Çin Avropa ilə yaxşı münasibətlərdə qalmağı planlaşdırırsa, Rusiyaya xammal və silah komponentləri verməyə davam edə bilməz. Onun sözlərinə görə, Çin Rusiya hərbi-sənaye kompleksinin əsas tədarükçüsüdür.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->