Xəbər lenti

BMT: İrandakı müharibə kütləvi aclığa səbəb ola bilər
Dünya 13:43 11.06.2026

BMT: İrandakı müharibə kütləvi aclığa səbəb ola bilər

BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) icraçı direktoru vəzifəsini icra edən Karl Skau bildirib ki, İranda müharibə həssas əhali qrupları arasında kütləvi aclığa səbəb ola bilər. 

Qaynarinfo xəbər verir ki, o, vəziyyəti "faciəvi” adlandırıb və bunun əsas səbəbi kimi proqramın maliyyələşdirilməsinin kəskin azalmasını göstərib.

Skau CNN-ə müsahibəsində deyib: "Bir çox yerlərdə biz artıq aclıq çəkənlərdən alıb, digər aclıq çəkənlərə veririk".

Ümumdünya Ərzaq Proqramı dünyada ən böyük humanitar təşkilatlardan biridir və hər il təxminən 4 milyon ton ərzaq məhsulu ilə yardım göstərir. Təşkilat 1961-ci ildə Bmt sistemində ərzaq yardımı üzrə qurum kimi təsis edilib.

Onun sözlərinə görə, Hörmüz boğazının bloklanması yanacaq qiymətlərinin artmasına səbəb olub. Bu isə humanitar əməliyyatların bahalaşmasına, qlobal ərzaq qiymətlərinin yüksəlməsinə və İran körfəzindən Sudan kimi ölkələrin kənd təsərrüfatı üçün vacib olan gübrə tədarükünün pozulmasına gətirib çıxarıb.

Vəziyyəti daha da ağırlaşdıran amil donor ölkələrin ianələrinin 40 faiz azalmasıdır. ABŞ isə Bmt-nin ən böyük donorlarından biri olaraq, Donald Tramp administrasiyası dövründə maliyyələşməni azaldıb. 2026-cı ilin iyununa qədər ABŞ-ın ianəsi 2024-cü ildəki 4 milyard dollardan çox göstərici ilə müqayisədə təxminən 731 milyon dollara düşüb.

Təşkilatın qiymətləndirməsinə görə, 2025-ci ildə 266 milyon insan aclıqdan əziyyət çəkib. Bu il isə 363 milyon insanın kəskin aclıqla üzləşə biləcəyi bildirilir ki, onların 45 milyonu Yaxın Şərqdəki münaqişələrlə bağlı risk altındadır. Ən ağır vəziyyətin Əfqanıstan, Somali və Şri-Lankada olduğu qeyd edilir.

Aydın
--> -->