Xəbər lenti

Dünya 22:08 12.04.2024

Boris Conson: "Kiyevin işğalı ABŞ üçün Vyetnamdan daha pis geosiyasi fəlakət olar"

"Kiyevin Rusiya ordusunun nəzarətinə keçməsi ABŞ üçün Vyetnam müharibəsindən daha pis geosiyasi fəlakət olar". 

Qaynarinfo xəbər verir ki, bu fikri Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ABŞ-ın Korktaun Universitetində tələbələr qarşısında çıxışı zamanı deyib.

Consonun fikrincə, Kiyevin Rusiyanın nəzarətinə keçməsi ABŞ-ın dünya səhnəsindəki reputasiyası üçün 1975-ci ildə Vyetnam müharibəsindəki məğlubiyyətdən daha böyük fəlakət olar. Bu səbəbdən Britaniyanın keçmiş baş naziri ABŞ Konqresinin Ukraynaya genişmiqyaslı hərbi yardım paketinin ayrılması ilə bağlı ən qısa zamanda razılığa gəlməsi üçün "dua etdiyini" bildirib.

"Vəziyyət acınacaqlıdır. Konqresin razılığının alınmasında gecikmə dəhşətlidir", deyə Conson bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->