Harvard təhsilli psixoloq Kortni Vorren gündəlik həyatda deyilən bəzi ifadələrin münasibətlərdə etimadı möhkəmləndirdiyini və onların hər bir cütlük üçün "sevgi məqsədləri" sayıldığını izah edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "CNBC" yazır.
Mütəxəssisin fikrincə, emosional təhlükəsizlik o zaman yaranır ki, insan özünü sevgi və qəbul olunmağa layiq hiss etsin, tərəfdaşı isə onu hər vəziyyətdə - həm yüksəliş, həm də çətin anlarda - olduğu kimi qəbul etsin. Bir-birinə güvənən cütlüklər hər gün bu bağları gücləndirən sözlər söyləyirlər.
1. "Sən məni olduğum kimi görürsən"
Bu sözlər tam açıqlığın göstəricisidir. İnsanlar, qınaq qorxusu olmadan, öz zəif tərəflərini göstərməkdən çəkinmirlər.
Oxşar ifadələr: "Məni olduğum kimi sevdiyin üçün təşəkkür edirəm", "Sənin yanında özüm kimi ola bildiyim üçün minnətdaram".
2. "Sənə inanıram"
Bu, hər bir münasibətin təməlidir. Güvənən cütlüklər tərəfdaşlarının sözlərinə və hərəkətlərinə, hətta məsafədə olsalar belə, arxayın olurlar.
Oxşar ifadələr: "Biz bir komandayıq", "Mənə və münasibətimizə hörmət etdiyin üçün təşəkkür edirəm".
3. "Biz bunun öhdəsindən gələcəyik"
Belə sözlər münasibətdəki inamı göstərir. Hətta mübahisələr zamanı belə, tərəflər gələcəyə ümidlə baxırlar.
Oxşar ifadələr: "Gəlin bunu birlikdə həll edək", "Bir çətin mərhələ son demək deyil".
4. "Get, dostlarınla əylən!"
Güvən üzərində qurulan münasibətlərdə şəxsi azadlıq və fərdi məkan hörmətlə qarşılanır. Tərəflər anlayır ki, şəxsi vaxt birlikdəliyi daha da gücləndirir.
Oxşar ifadələr: "Sənin özün üçün vaxt tapmağın məni sevindirir", "Mənə də məkan verdiyin üçün təşəkkür edirəm".
5. "Səni üçün darıxıram"
Bu ifadə asılılıqdan deyil, emosional yaxınlıqdan xəbər verir – ayrılıq hissi duyğusal istiliyi artırır.
Oxşar ifadələr: "Ayrılıq mənə sənə olan minnətdarlığımı daha dərindən hiss etdirir".
6. "Danışa bilərik?"
Açıq ünsiyyət yetkin münasibətlərin göstəricisidir. Sağlam cütlüklər çətin mövzuları gizlətmir, qayğı ilə müzakirə edirlər.
Oxşar ifadələr: "Bir məsələni aydınlaşdırmaq istəyirəm", "Bir az qəribə hiss edirəm, danışa bilərik?".
7. "Gəlin plan quraq!"
Ortaq məqsədlər və xəyallar tərəfdaşların bir-birlərini gələcəklərində gördüklərini göstərir.
Oxşar ifadələr: "Səyahətimizi səbirsizliklə gözləyirəm", "Cədvəllərimizi bir yerdə nəzərdən keçirə bilərikmi?".
Psixoloq vurğulayır ki, münasibətlərdə etimad və təhlükəsizlik bir anda yaranmır. Bu, zaman, qarşılıqlı səy və həm özünü, həm də tərəfdaşını olduğu kimi qəbul etmə bacarığının nəticəsidir.
Aydın
Şərhlər