Xəbər lenti

Foto 10:30 30.08.2022

Bu gün Samsunda Texnofest festivalı başlayır (FOTO)

Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST Qaradəniz festivalı üçün minlərlə xarici və yerli insan Samsuna gəlib. Samsunun Çarşamba hava limanında keçiriləcək TEKNOFEST-in rəsmi açılışı bu gün baş tutacaq.

Qaynarinfo xəbər verir ki, Samsun Böyükşəhər Bələdiyyə Başçısı Mustafa Dəmir sosial media hesabında tramvayların festival boyu pulsuz xidmət göstərəcəyini, beləliklə festivalı ziyarət edəcək qonaqların rahat nəqliyyat təmin edəcəyini açıqlayıb.

Avqustun 30-da qapılarını ziyarətçilərinin üzünə açacaq TEKNOFEST-in ilk günündə inventar keçidi, texnologiya yarışmaları, müzikal və konsertlər təşkil olunacaq. Raket, elektromobil, İHA və dizayn müsabiqələri keçirilərkən, təhsil elmi seminarları, sərgilər və məlumatlandırıcı elm atelyeləri ziyarətçilərin üzünə açıq olacaq.

Digər tərəfdən, Samsun Böyükşəhər Bələdiyyəsinin Cümhuriyyət Meydanında qurulan TEKNOFEST Əlaqə Nöqtəsinə gələn vətəndaşlara 30 avqust-4 sentyabr tarixlərində keçiriləcək festivalda iştirak etmək üçün məlumat verilib.

TEKNOFEST Qaradəniz festifalı boyunca, 30 avqust - 4 sentyabr tarixləri arasında Samsunda tramvaylar pulsuz xidmət göstərəcək. 

Samsun 6 gün ərzində dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalına ev sahibliyi edəcək.

Qeyd edək ki, festivala Azərbaycan nümayəndələri də qatılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->