Xəbər lenti

Bu il nə qədər avtomobil utilizasiyaya verilib? (VİDEO)
Video 09:09 15.10.2025

Bu il nə qədər avtomobil utilizasiyaya verilib? (VİDEO)

1 il ərzində 12 mindən çox nəqliyyat vasitəsi utilizasiya edilib.

"Təmiz Şəhər" ASC-nin nəqliyyat vasitələrinin utilizasiyası şöbəsinin müdiri Mirzə Laçınov deyir ki, vətəndaşların bu prosesə marağı çoxalır.

O da bildirdi ki, bu günə qədər utilizasiya edilmiş nəqliyyat vasitələrinin təsdiqedici sənədləri əsasında vətəndaşlar 644 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsini güzəştlə əldə ediblər.

Şöbə müdirinin sözlərinə görə, proses çox sadədir. Qanunla müəyyən edilən qaydaya əsasən utilizasiya prosesi üçün əvvəlcə nəqliyyat vasitəsi dövlət qeydiyyatından çıxarılmalıdır.//Xəzər TV

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->