Xəbər lenti

Bu klub bütün futbolçularını yola saldı
İdman 14:33 26.07.2025

Bu klub bütün futbolçularını yola saldı

"Şahdağ Qusar" futbol klubu bütün futbolçuları ilə müqavilələrə xitam verib.

Qaynarinfo xəbər verir ki, bu barədə klubunun rəsmi "Instagram" hesabında paylaşım edilib.

"‎Geridə qalan mövsümlər ərzində "Şahdağ"ın adını futbolumuzun zirvəsinə yazdırmaq üçün ortaya qoyduğunuz əzmkarlıq və fədakarlıq heç zaman unudulmayacaq. "Şahdağ Qusar" futbol klubu olaraq bütün futbolçu heyətinə təşəkkürlərimizi bildirir, gələcək karyeralarında uğurlar arzulayırıq.

‎Yeni futbol mövsümü ilə əlaqədar isə yaxın günlərdə məlumatlar paylaşılacaq", - məlumatda bildirilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->