Xəbər lenti

İdman 16:31 24.08.2023

Bu sözləri basketbolçuya baha başa gəldi

"Philadelphia”nın basketbolçusu Ceyms Harden klubun prezidenti Daril Moreyi hədəf alan sözləri ilə gündəm olub. 

Qaynarinfo-nun məlumatına görə, ABŞ mətbuatında Hardenin avqustun 14-də Çində keçirilən bir tanıtım tədbirində "Daril Morey yalançıdır. Mən heç vaxt onun üzvü olduğu klubda oynamayacağam” - söylədiyi iddia olunub. Məhz bu ifadələrinə görə, ulduz basketbolçu 100 min dollar məbləğində cərimələnib. NBA-nın saytında yer alan açıqlamada, Hardenin başqa komandaya getmədiyi təqdirdə müqaviləsi üzrə xidmətləri yerinə yetirməyəcəyini bildirən şərhləri cəzaya səbəb kimi göstərilib. 


Avqustun 26-da 34 yaşı tamam olacaq Hardenin "Los Angeles Clippers"ə getmək istədiyi, ancaq Moreyin oyunçuya bu istəyini təmin edəcəyi ilə bağlı verdiyi sözə əməl etmədiyi bildirilib.

2018-ci ildə NBA-da mövsümün ən dəyərli oyunçusu mükafatını alan Harden, ümumilikdə 10 dəfə ən yaxşı oyunçu adına layiq görülüb. O, üç dəfə xal və iki dəfə "məhsuldar ötürmə kralı” adına da yiyələnib. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->