Əksər iş axtaranlar hesab edirlər ki, müsahibədə suallar onların keçmiş təcrübəsi və bacarıqları ilə bağlı olacaq. Lakin bəzən kadrlar üzrə mütəxəssislər tam başqa şeyləri öyrənmək istəyir.
Qaynarinfo-nn məlumatına görə, beynəlxalq audit şirkətində kadrlar üzrə şöbə rəhbəri Sanadra Oliver "CNBC Make It"a verdiyi müsahibədə deyib ki, hər namizədə vəzifəyə təklif verməzdən əvvəl müəyyən bir sual verir. Onun sözlərinə görə, bu üsulla insanın güclü və zəif tərəflərini tez müəyyən etmək mümkündür.
Oliver bildirib ki, müsahibələrdə o, namizədlərdən özlərinə qoyduqları bir məqsədi və onu necə reallaşdırdıqlarını, həmçinin reallaşdıra bilmədikləri bir məqsədi nümunə göstərməyi xahiş edir. O, izah edib ki, bir çox namizəd üçün uğursuzluqlardan danışmaq çətindir, amma məhz buna görə insanlardan bunu paylaşmalarını istəyir.
"Əvvəlcə müsahibəni elə başlamağı sevirəm ki, insanların özlərinə münasibətini anlayım. İnsanlar bu barədə danışmağı sevmir", deyə Oliver bildirib.
Kadrlar üzrə şöbə rəhbəri qeyd edib ki, namizədlərin suala cavab verməkdən yayınmasını istəmir, o, tam dürüstlük axtarır. O, istəyir ki, namizədlər keçmiş işlərində nələri səhv etdiklərinə görə məsuliyyəti öz üzərinə götürsün və bu səhvlərdən nə öyrəndiklərini paylaşsın.
"Onlar həmişə uğurlu olmağa öyrəşiblər və mən hesab edirəm ki, iş bazarına çıxanda uğurun ölçüsü fərqlidir. Bu, imtahan sualı deyil, test deyil, bu, komanda işidir, və bəzən bəzi şeyləri bilməyəcəksiniz, bu normaldır. Bəzən nəyisə sınayacaq və ya məqsəd qoyacaqsınız, amma uğursuz olacaqsınız, və ya nəticə düşündüyünüz kimi olmayacaq", deyə ekspert əlavə edib.
Aydın
Şərhlər