Xəbər lenti

Bu universitetdə təhsil haqqı 2 min manat artırıldı - Yeni məbləğ
Ölkə 16:13 14.08.2025

Bu universitetdə təhsil haqqı 2 min manat artırıldı - Yeni məbləğ

2025-2026-cı tədris ili üçün Azərbaycan Tibb Universitetində "Tibb” ixtisasının illik təhsil haqqı 2000 manat artırılıb.

Qaynarinfo Teleqraf-a istinadən xəbər verir ki, ötən il bu ixtisas üzrə ödəniş 4500 manat olduğu halda, bu il məbləğ 6500 manata yüksəlib.

Bununla belə, "Tibb” ixtisası üzrə plan yerlərinin sayı dəyişməyib. Ötən il olduğu kimi bu il də 520 yer ayrılıb.

Həmçinin Stomatologiya ixtisasının da məbləği eyni miqdarda artıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->