Sənət 11:33 07.12.2022

Bunu parlamentdə səsləndirdim, amma mən nazirlik deyiləm axı... - Deputat

"65 yaşa çatan aktyorların teatrdan uzaqlaşdırılması ilə bağlı mənə çoxlu sayda müraciət olunurdu. Bəzən müraciətlər siyahı şəklində gəlirdi".

Bunu Qaynarinfo-ya açıqlamasında millət vəkili Aqil Abbas parlamentin iclasında sənət adamlarının, xüsusi ilə aktyorların 65 yaşda məcburən məzuniyyətə göndərilməsi ilə bağlı qaldırdığı məsələyə aydınlıq gətirərkən deyib. 

Deputat deyib ki, aidiyyatı qurumlar bu məsələni həll etməlidir:

"Mən deputatam, müraciət olunan şikayətləri parlamentdə qaldırmalıyam. Hətta jurnalistlərdən də müraciətlər olunurdu. Problemi parlamentdə səsləndirdim, amma mən Mədəniyyət Nazirliyi deyiləm, onun adından danışa bilmərəm axı. Çalışacağam ki, məsələni həll edək”.

Bahar Rüstəmli