2025-ci ildə Avropa Komissiyası 1456 yeni hüquqi aktın təşəbbüsünü irəli sürüb. Bu, 2010-cu ildən bəri ən yüksək göstəricidir
Qaynarinfo WELT nəşrinə istinadən xəbər verir ki, bunu hələ dərc olunmamış "Gesamtmetall" işəgötürənlər birliyinin araşdırması göstərir.
Qeyd olunan sənədlər arasında 21 direktiv, 102 qayda, 137 nümayəndəlik aktı və 1196 qanunvericiliyin icrası aktı var. Bu, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin "nəfəs kəsici” bürokratiyanın azaldılması barədə bəyanatları ilə kəskin ziddiyyət təşkil edir.
Brüsseldə vurğulayırlar ki, sənədlərin sayı biznesə düşən həqiqi yükü əks etdirmir. Avropa Komissiyası BILD-ə bildirib ki, 2025-ci ildə komissiya tənzimləmələrin sadələşdirilməsi ilə bağlı təşəbbüslər irəli sürüb və bu, şirkətlər və vətəndaşlar üçün illik xərcləri təxminən 15 milyard avro azaltmalıdır.
Lakin biznes vəziyyəti fərqli qiymətləndirir. "Gesamtmetall"in rəhbəri Oliver Tsander bildirib ki, vəd olunan asanlaşma yerinə şirkətlər əslində gündə orta hesabla dörd yeni normativ aktla üzləşirlər.
"Brüsseldə fəaliyyət göstərən və tamamilə demokratik nəzarət olunmayan bir sahə var. Bürokratlar bir araya gəlir və Avropadakı milyonlarla insanın və minlərlə şirkətin həyatına təsir edən qərarlar qəbul edirlər”, deyə keçmiş Avropa Komissiyası vitse-prezidenti Günter Ferhoygen BILD ilə müsahibəsində bildirib.
Aydın
Şərhlər