Xəbər lenti

İdman 23:20 01.02.2026

"Qalatasaray" "Kayserispor"u darmadağın etdi

Türkiyə Super Liqasında XX turun oyunları davam edir.

Qaynarinfo xəbər verir ki, günün ilk matçında "Gənclərbirliyi” doğma meydanda "Qaziantepspor”u qəbul edib.

Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər oyununda lider "Qalatasaray” öz azarkeşləri önündə "Kayserispor”la üz-üzə gəlib. İstanbul təmsilçisi rəqibini 4 cavabsız qolla darmadağın edib. Qollara Aaron Opoku (avtoqol), Viktor Osimhen (penalti), Qabriel Sara və Mauro İkardi (penalti) imza atıb.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->