İdman 13:43 30.05.2022

Canni De Byazi: "Bunu bayrağımız üçün etməliyik"

Millimizin baş məşqçisi Canni De Byazi Qazaxıstanın "sports.kz" saytının əməkdaşının suallarını cavablandırıb.

Qaynarinfo həmin müsahibəni təqdim edir:

- Komandanız Qazaxıstanda Millətlər Liqasının yeni mövsümünün ilk oyununu keçirəcə. Azərbaycan yığmasının turnirə uğurlu başlaması nə dərəcədə vacibdir?

- Mənim ölkəmdə belə deyirlər: yaxşı başlayanlar artıq öz işinin yarısını görmüş sayılır. Bilirik ki, səfərdə yaxşı komandaya qarşı başlamaq asan olmayacaq, amma üç xal gətirməyə çalışmaq lazımdır. Bunu özümüz, bütün Azərbaycan xalqı və ən əsası bayrağımız üçün etməliyik.

- İyun ayında qrupumuzda yer alan komandalar 10 gün ərzində dörd oyun keçirəcək. Bu təqvim haqqında nə düşünürsünüz?

- Bilirəm ki, oyunlardan sonra çoxlu səfərlərə getməklə qısa müddətdə dörd oyun oynamaq asan deyil. Dincəlmək lazımdır, amma bu, mümkün deyil. Bununla belə, beynəlxalq təqvim çox sıxdır.

- Azərbaycan yığmasının ilkin olaraq açıqlanan heyətində cəmi 15 futbolçu yer alıb. Niyə?

- Çünki mayın 27-də Azərbaycan kubokunun final matçı baş tutdu. Bu matçda iştirak edən futbolçuların konsentrasiyasını pozmaq istəmədim.

- Hazırda ən güclü azərbaycanlı futbolçuları Qazaxıstana gətirmək fikrindəsiniz?

- Aydındır!

- Maraqlıdır, sizcə Qazaxıstan millisində ən yaxşı oyunçular kimlərdir?

- Adətən rəqibin komandasını izləyirəm. Amma orada nə fərdilikləri, nə də oyun tərzini ictimaiyyət qarşısında müzakirəyə çıxarıram. Bu, yaxşı oyunçuları olan komandadır.

- Maqomed Adiyevin rəhbərliyi altında komandadan nə gözləyə bilərsiniz?

- Düşünürəm ki, o, uğur qazanmaq, qalib gəlmək istəyir. Amma biz də eyni şeyi istəyirik.

- Qazaxıstandakı oyun "Astana Arena”nın süni örtüklü meydançasında keçiriləcək. Bu, komandanız üçün problem ola bilərmi?

- Hər iki komanda üçün oyun meydança eynidir... Şəxsən mənim xoşuma gəlmir.

- Millətlər Liqasında Azərbaycan millisinin qarşısına hansı vəzifə qoyulub?

- Bacardığınız qədər yaxşı çıxış etmək.

- Sizcə qrupumuzun favoriti kimdir?

- Slovakiya yığması.

Səbuhi Həsənov