"Yaxşı rəqibə qarşı çətin oyun oldu. Hesab edirəm ki, bu gün onlar daha yaxşı oynadılar. Yaxşı nəticə əldə etmək üçün biz də qüvvələrimizi birləşdirməli, birlik göstərməliyik".
Bunu Oxu.Az-a açıqlamasında bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda doğma meydanında Kiprin "Omoniya" klubuna 0:4 hesabı ilə məğlub olan "Araz-Naxçıvan"ın futbolçusu Çarles Boli deyib.
- Sizcə, niyə uduzdunuz?
- Bu futboldur, bəzən qalib gəlirsən, bəzən uduzursan. Ola bilsin ki, biz daha az aqressiv idik, gücümüzü ortaya qoymadıq. Bu cür komandaya qalib gəlmək də çətindir.
- 25-ci dəqiqədə əvəzləndiniz.
- Bəli, zədələndim. Sabah yoxlanışdan keçəcəyəm. Hesab edirəm ki, ciddi zədə deyil və növbəti oyuna çıxacağam.
- 0:4 uduzdunuz. Sizcə, gələn matçı qazanacaqsınız?
- Əlbəttə! Bu futboldur. İnansaq, qələbə qazana biləcəyik.
- Gələn həftədən Azərbaycanda çempionat oyunları başlayır.
Fikirləriniz?
- Oyun təzəcə bitib və bu barədə danışmaq bir az çətindir. Əlbəttə ki, Azərbaycan çempionatı bizim üçün vacibdir, ona da hazır olmağa çalışacağıq. Çünki Premyer Liqa oyunları da çətin olur.
Şərhlər