Yeni zelandiyalı reqbi oyunçusu Leroy Karter itinə görə az qala milli komandadakı debüt oyununu buraxmaq təhlükəsi ilə üzləşib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
"Komanda menecerinə pasportun şəklini göndərmək üçün onu çıxardıb çarpayının yanındakı tumbanın üstünə qoymuşdum. İt isə koridordan keçərək çarpayıya tullanaraq pasportumu və diş qoruyucularımı çeynədi", deyə Karter bildirib.
Yeni Zelandiyanın yığma komandası reqbi üzrə çempionatda Argentina, CAR və Avstraliya milli komandaları ilə qarşılaşacaq. Avqustun 17-də onlar Kordovada Argentina ilə, 24-də isə Buenos-Ayresdə növbəti oyun keçirəcəklər.
Aydın
Şərhlər