Xəbər lenti

İdman 10:23 01.07.2023

"Çelsi" yetirməsi ilə yolları ayırdı, 8 illik müqavilə

"Çelsi" öz yetirməsi Ruben Loftus-Çik ilə yollarını ayırıb. 

Qaynarinfo-nun məlumatına görə, İngiltərə nəhəngi eyni zamanda yeni futbolçusunun da adını açıqlayıb. Klub Çikin A Seriyası təmsilçisi "Milan"a transfer olunduğu bildirilib. 

London komandasının verdiyi digər açıqlamada isə "Villareal"ın futbolçusu Nikolas Ceksonla səkkizillik müqavilə imzalandığı qeyd edilib. Transferlə bağlı heç bir təfərrüat paylaşılmasa da, İngiltərə mətbuatında yer alan xəbərlərdə futbolçu üçün 32 milyon funt-sterlinq ödənildiyi bildirilib.
 
Nikolas Cekson 


Son 2 mövsümdə "Vilyarreal”ın heyətində 48 oyun keçirən Cekson 13 dəfə rəqib qapısının torunu silkələyib. "Çelsi" daha əvvəl Kristofer Nkunku ilə müqavilə imzaladığını açıqlamışdı.

Maurisio Poçettinonun rəhbərliyi altında yeni mövsümə hazırlaşan London klubu, müqavilələri başa çatan Kay Havertz, Mateo Kovaçiç, Xalidu Kolibali, Eduard Mendi, N'Qolo Kante, Tiemoye Bakayoko, həmçinin icarəyə götürdüyü Joao Feliks və Denis Zakaria ilə yollarını ayırıb. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->