XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

KFC-də masanın üstündən telefon oğurladı - Cəzası bəlli oldu
Ölkə12:59 30.09.2026

KFC-də masanın üstündən telefon oğurladı - Cəzası bəlli oldu

KFC restoranlar şəbəkəsinə məxsus restoranda müştərinin telefonunu oğurlayan şəxsə cəza verilib.

Qaynarinfo-nun məlumatına görə, 2005-ci il təvəllüdlü F.Y. Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən “KFC” restoranında masanın üzərindən “iPhone 11” markalı mobil telefon götürüb.

Hadisə gecə saat 00:37 radələrində baş verib. F.Y. X1-ə məxsus telefonu götürərək zərərçəkmiş şəxsə 260 manat ziyan vurub.

Hadisə ilə bağlı cinayət işinin başlanması rədd edilib və material inzibati qaydada araşdırılması üçün məhkəməyə göndərilib.

Məhkəmə iclasında F.Y. əməlindən peşman olduğunu, lakin dəymiş ziyanı ödəyə bilmədiyini bildirib. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi isə telefon vasitəsilə məhkəmə iclasına qoşularaq ziyanın ödənilmədiyini və F.Y.-dən şikayətçi olduğunu deyib.

Məhkəmə F.Y.-nin əməlini etiraf etməsini və səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirib. Onun inzibati xətanı yetkinlik yaşına çatmayan şəxsə qarşı törətməsi isə məsuliyyəti ağırlaşdıran hal hesab edilib.

Nəticədə məhkəmənin qərarı ilə F.Y. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib və ona 180 saat ictimai işlər cəzası təyin olunub.

Aydın