Xəbər lenti

Cəmil Həsənli növbəti dəfə DTX-ya çağırıldı
Ölkə 13:56 16.12.2025

Cəmil Həsənli növbəti dəfə DTX-ya çağırıldı

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli növbəti dəfə DTX-ya çağırılıb.

Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, bu barədə Cəmil Həsənli sosial şəbəkədə özü məlumat yayıb.

Onun DTX-da şahid qismində dindiriləcəyi bildirilir.

Qeyd edək ki, Cəmil Həsənli noyabrın 30-da DTX-da şahid qismində ifadə verib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->