Xəbər lenti

Çin hakimiyyəti yeni virusun yayılması ilə əlaqədar COVID-19-a bənzər tədbirlər gördü
Dünya 14:35 06.08.2025

Çin hakimiyyəti yeni virusun yayılması ilə əlaqədar COVID-19-a bənzər tədbirlər gördü

Çində ağcaqanadların daşıdığı çikungunya virusunun yayılması səbəbindən COVID-19 pandemiyası zamanı tətbiq olunanlara bənzər profilaktik tədbirlər tətbiq edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "The Independent” nəşri məlumat yayıb.

Nəşr bildirir ki, Çində 7 mindən çox virusa yoluxma halı qeydə alınıb. Hadisələrin əksəriyyəti ölkənin ən böyük istehsal mərkəzi olan Foşanda aşkarlanıb.

Çikungunya virusu ağcaqanadlar tərəfindən daşınır və 40 dərəcəyə qədər qızdırma, baş ağrıları, ürəkbulanma, əzələ və oynaq ağrılarına səbəb olur. Nəşr qeyd edir ki, Çində epidemiyanın aradan qaldırılması üçün milli səviyyəli protokollardan istifadə edilir.

Məqalədə deyilir: "Səlahiyyətlilər COVID-19 pandemiyası zamanı olanlara bənzər ciddi profilaktik tədbirlər, o cümlədən geniş yayılmış dezinfeksiyaedici çiləmə üsulu tətbiq etdi".

Bundan əlavə, Çin sakinlərinə evlərindəki durğun suyu, məsələn, çiçək qabları, qəhvə maşınları və ya butulkalara atmaq əmri verilib. Bu tələbin pozulması 10.000 yuana qədər cərimə ilə nəticələnə bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->