Xəbər lenti

Çində yeni xidmət: Qadınlar yad kişilərə qucaqlaşmaq üçün pul ödəyir
Dünya 22:58 04.06.2025

Çində yeni xidmət: Qadınlar yad kişilərə qucaqlaşmaq üçün pul ödəyir

Çində qeyri-adi bir xidmət sürətlə populyarlaşır: tənha qadınlar yad kişilərlə qucaqlaşmaq üçün onlara pul ödəyir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) qəzeti məlumat yayıb.

Qadınların sözlərinə görə, bir neçə dəqiqəlik fiziki təmas onlara stressdən qurtulmağa və özlərini, heç olmasa qısa müddətlik, dəstəklənmiş hiss etməyə kömək edir. Qucaqlanma xidmətinin qiyməti beş dəqiqə üçün 7 dollar (təxminən 12 manat) təşkil edir.

Yerli sakinlərdən biri sosial şəbəkədə paylaşdığı hekayədə bildirib ki, dissertasiya yazmaqdan yaranan gərginliyi azaltmaq üçün bu xidmətdən istifadə edir. "Məni qucaqlayanda özümü təhlükəsizlikdə hiss edirəm", deyə qadın etiraf edib.

Başqa bir qadın isə bu xidmətə gərgin iş günündən sonra müraciət etdiyini deyib. O bildirib ki, yad kişi onunla danışıb, çiynini yüngülcə sığallayaraq onu sakitləşdirib və qadın da bu zaman rəhbərindən şikayətlənə bilib.

Adətən belə görüşlər ictimai yerlərdə baş tutur. "Qucaqlaşma mütəxəssisi" ilə, məsələn, metro stansiyasında və ya ticarət mərkəzində görüşmək mümkündür.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->