Londonun "Arsenal" klubunun yetirməsi olmuş keçmiş futbolçu Cey Emmanuel-Tomas narkotik qaçaqmalçılığına görə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
34 yaşlı sabiq futbolçu 2024-cü ildə Böyük Britaniya sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun Banqkokdan gətirdiyi iki çemodanda təxminən 60 kiloqram narkotik vasitə aşkarlanıb. Emmanuel-Tomas öz günahını etiraf edib.
Müsadirə edilən maddələrin dəyərinin təxminən 600 min funt-sterlinq olduğu bildirilib.
Bununla yanaşı, 11 mart 2025-ci ildə ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) 2002-ci il Olimpiya Oyunlarının iştirakçısı, Kanadanın snoubord üzrə sabiq yığma üzvü Rayan Ceyms Veddinqin tutulmasına görə 10 milyon dollar mükafat təyin edib. Onun Kolumbiyadan kokain tədarükü ilə məşğul olan transmilli narkotik şəbəkəsinə rəhbərlik etdiyi bildirilir.
Veddinq 2024-cü ildə Meksikada həbs edilsə də, hazırda onun harada olduğu məlum deyil. Əgər tutulsa, onu ABŞ-da federal həbsxanada ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
Aydın
Şərhlər