Yayılmış bir mifə görə, kosmosdan baxıldıqda Çin səddi və Misir piramidaları görünür. Lakin yüksək keyfiyyətli peyk görüntüləri istisna olmaqla, məsələyə Beynəlxalq Kosmik Stansiyanın iluminatorundan baxıldıqda, bu məşhur insan əli ilə yaradılmış abidələrin əslində kosmosdan görünmədiyi aydın olur.
Qaynarinfo xəbər verir ki,bu barədə "Farmingdale Observer" nəşri yazır.
Nəşrin məlumatına əsasən, Beynəlxalq Kosmik Stansiyanın yerləşdiyi orbitdən Yer səthi rəngarəng və mürəkkəb teksturalı bir palitra kimi görünür, buna görə də insan tərəfindən yaradılmış konkret obyektləri seçmək çox çətindir. Lakin Yer üzərində elə bir yer var ki, əgər hava buludlu deyilsə, dərhal kosmonavtların diqqətini çəkir. Bu, İspaniyanın cənub-şərq sahillərində yerləşən, güzgü kimi parıldayan parlaq ağ ləkədir.
İspaniyada böyük istixana kompleksi
Texniki baxımdan bu, vahid bir tikili sayılmasa da, əslində çox böyük bir kompleksdir. Söhbət İspaniyanın Almeriya vilayətində 40.000 hektardan çox ərazini əhatə edən nəhəng istixana sistemindən gedir.
İspaniyalı astronavt və sonradan elm və innovasiyalar naziri olmuş Pedro Duke bu "plastik dəniz"i Avropada orbitdən baxıldıqda ən asan seçilən nöqtələrdən biri kimi təsvir edib.
Quş baxışından istixana kompleksi
Adi tikililərdən fərqli olaraq, bu istixanaların ağ plastik damları günəş işığını son dərəcə güclü şəkildə əks etdirir. Bu yüksək əks etdirmə qabiliyyəti hətta gözlənilməz ekoloji təsirə – yerli iqlimdə yüngül soyumaya səbəb olub. Bu isə iqlim dəyişikliyi və geoloji xüsusiyyətləri öyrənən tədqiqatçılar üçün olduqca maraqlı nəticə hesab olunur.
Aydın
Şərhlər