Xəbər lenti

Dünya 20:20 30.03.2024

Co Bayden: "İndi çox şey təhlükə altındadır"

ABŞ prezidenti Co Bayden hesab edir ki, indi ölkə tarixində dönüş nöqtəsidir, çox şey prezident seçkilərinin nəticələrindən asılıdır. 

Qaynarinfo xəbər verir ki, dövlət başçısı bu barədə Nyu-Yorkda Demokratlar Partiyasının prezidentlik kampaniyası üçün vəsait toplama tədbirində bildirib.

"Düşünürəm ki, demokratiyamız təhlükədədir. Bu zarafat deyil. Çox şey təhlükə altındadır. Biz tarixdə dönüş nöqtəsindəyik, çünki hər şey dəyişir", deyə Bayden bildirib.

Prezidentin sözlərinə görə, indi ölkənin yaxın dörd, beş, altı onilliklər üçün siyasi kursunu müəyyən etmək mümkündür.

Amerika lideri onu da bildirib ki, keçmiş prezident Donald Trampın fikirlərini köhnə hesab edir: "Və bilirsiniz ki, o (Tramp-red.) bir az qocadır və formada deyil".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->