Xəbər lenti

Dünya 15:32 26.06.2022

Conson Şoltsun ​​Ukraynaya münasibəti haqda: "İnanmazdım ki..."

Böyük Britaniyanın Baş naziri Boris Conson Almaniya kansleri Olaf Şoltsun Ukraynaya qarşı "istiləşməsini” qeyd edib.

Bu barədə Qaynarinfo "The Guardian”a istinadən xəbər verir.

"Yalnız almanların etdiklərinə baxın. Mən həyatımda heç vaxt inanmazdım ki, Almaniya kansleri Olaf Şolts kimi davranacaq və ukraynalıların müdafiəsinə yardım etmək üçün silah göndərəcək", - o, Fransa və Almaniyanın Ukrayna üçün kifayət qədər işlər görüb-görməməsi barədə sualına cavab verərkən deyib.  

Consonun sözlərinə görə, Şolts böyük irəliləyişlərə nail olub.

"Bizim qazımızın 4%-i Rusiyadan gəlir, Almaniyada isə 40%-dir. Onlar real təzyiqlərlə üzləşirlər, enerjini başqa mənbələrdən almalıdırlar. Amma bunu edirlər. Çalışırlar. Fədakarlıq edirlər. Çünki onlar görürlər ki,  azadlığın qiyməti buna dəyər”, - Britaniyanın Baş naziri bildirib.

O, əmin edib ki, Ukrayna zorakı işğala məruz qalmamalı və onun sərhədləri zorla dəyişdirilməməlidir.

"Baş verənlərin dünya üçün nəticələri ağırdır, amma geri çəkilməyin qiyməti, Putinə uğur qazanmağın, Ukraynanın böyük ərazilərin itirilməsinin, işğal proqramını davam etdirməyin qiyməti, bu qiymət çox, daha yüksək olacaq və burada hamı bunu başa düşür”, - deyə o yekunlaşdırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->