Xəbər lenti

Çoxmərtəbəli binalarda yaşayanlar üçün vacib xəbər - Bundan sonra...
Video 09:55 16.07.2025

Çoxmərtəbəli binalarda yaşayanlar üçün vacib xəbər - Bundan sonra...

Yeni inşa edilən çoxmərtəbəli binalarda mərkəzi istilik sistemi tətbiq olunacaq. "İstilik təchizatı haqqında" yeni qanuna əsasən çoxmənzilli binalarda fərdi kombi sistemlərinin quraşdırılması yalnız icazə əsasında mümkün olacaq. Əsas məqsəd daha təhlükəsiz və qənaətli istilik infrastrukturunun qurulmasıdır.

Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənovun sözlərinə görə, "İstilik təchizatı haqqında" yeni qanunda əsas məqsəd mərkəzi istilik sistemlərinin inkişafına nail olmaqdır:

"Nəzərə alınmalıdır ki, fərdi istilik sistemlərində müəyyən qədər təhlükələr var. Bu, təbii qazdan yaranan partlayış, zəhərlənmə hallarıdır. Xərclərə gəldikdə isə, təbii ki, hər bir istehlakçı istifadə etdiyi qaza görə pul ödəyir. Amma bütün hallarda, fərdi sistemlərlə müqayisədə mərkəzi istilik sistemi daha qənaətcildir''.

İllərdir paytaxtda və böyük şəhərlərdə kombi sistemlərinə geniş keçid olsa da, bu proses heç də nəzarətli və planlı getməyib. Bir binada 20 mənzil kombidən istifadə edir, digərləri mərkəzləşdirilmiş sistemlə işləyir. Nəticədə, təzyiqdə fərqlər təchizatda qeyri-bərabərlik yaranır. Yeni qanun bu xaosu aradan qaldırmağı hədəfləyir.

İqtisadi baxımdan da bu keçid sərfəli hal hesab edilir. Çünki fərdi kombi sistemlərində qaz istehlakı yüksəkdir, xərclər və tariflər dəyişkəndir. Mərkəzləşdirilmiş istilik sistemi isə itkiləri azaldır, tariflərin sabit tənzimlənməsinə şərait yaradır. Qiymətlər isə MTK-lar tərəfindən müəyyən ediləcək.

Ekspertlər hesab edir ki, bu sistem gələcəkdə digər binalara da şamil edilə bilər.//Xəzər TV

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->