Xəbər lenti

Siyasət 15:45 17.05.2023

Daha 15 nəfər YAP-da xaric edildi

15 nəfər partiyanın nüfuzuna xələl gətirən hərəkətlərinə görə Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından xaric edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul olunub.

İdarə Heyətinin iclasında partiyanın üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı YAP rayon (şəhər) təşkilatlarının təqdimatlarına da baxılıb.

YAP İdarə Heyətinin üzvləri Bahar Muradova və Elmar Qasımov çıxış edərək məsələyə münasibət bildiriblər.

15 nəfərin partiyanın nüfuzuna xələl gətirən hərəkətlərinə görə YAP sıralarından xaric olunmasına dair qərar qəbul olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->