Xəbər lenti

Dünya 15:40 15.12.2023

"Daha 75 dəfə bloklaya bilərik" - Orban Ukraynanın Aİ-yə üzvlüyünü dayandırmaqla hədələdi

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Budapeşt Ukraynanın Avropa İttifaqına daxil olması prosesini dayandıra bilər.

Qaynarinfo "Hvg” nəşrinə istinadən xəbər verir ki, o, bu barədə cümə günü, dekabrın 15-də Kossut radiosunda deyib.

Orbanın sözlərinə görə, yekun qərarı Macarıstan parlamenti verəcək və daha sonra proses "ən azı 75 dəfə bloklana bilər”. O, Ukraynanın Aİ-yə gələcək üzvlüyünün "mənfi nəticələrə səbəb olacağını” söyləməkdə davam edir.

"Onları dayandırmaq üçün səkkiz saat mübarizə apardım, amma inandıra bilmədim. Onlar qarışmamağı xahiş etdilər... Mən zaldan çıxdım”, – Orban deyib.

Qeyd edək ki, Avropa Komissiyasının noyabrda Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamağı tövsiyə etdikdən sonra Macarıstanın Baş naziri ardıcıl olaraq ittifaqın digər 26 üzv ölkəsi tərəfindən dəstəklənən bu qərarı bloklamaqla hədələyib.

Dekabrın 14-də Avropa Şurası Ukrayna və Moldova ilə danışıqlara başladığını elan edib, həmçinin Gürcüstana namizəd statusu verib. Aİ liderləri qərar verərkən Orban otağı tərk edib və sonra səsvermədə iştirak etmək istəmədiyini bildirib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->