Xəbər lenti

Daha bir ailədə dəm qazı faciəsi - Oğul öldü
Ölkə 10:41 10.01.2026

Daha bir ailədə dəm qazı faciəsi - Oğul öldü

Tərtərdə ana və oğul dəm qazından zəhərlənib.

Qaynarinfo xəbər verir ki, Tərtər rayon sakinləri 1973-cü il təvəllüdlü Əzimov Müşviq Əsəd oğlu və anası - 1955-ci il təvəllüdlü Əzimova Sahibə Salman qızı yaşadıqları Famil Qulami küçəsi döngə 1, ev 7 ünvanında sobadan sızan dəm qazından zəhərlənib.

Hadisə nəticəsində Müşviq Əzimov ölüb, Sahibə Əzimova isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
--> -->