Xəbər lenti

Daha bir məhsul bahalaşacaq - İqtisadçı açıqladı
Ekonomiks 11:59 24.11.2025

Daha bir məhsul bahalaşacaq - İqtisadçı açıqladı

Dünya bazarında kakaonun qiymətləri yenidən yüksəlib. Bazarda "ICE New York"da 3% artaraq ton üçün 5.261 dollar, ICE Londonda isə kakaonun qiyməti 3.993 funt səviyyəsinə yüksəlib. 

Mütəxəssislər bildirir ki, Londonda 4.000 funt psixoloji dəstəyinin qırılması satıcıları daha aqressiv edib və kəskin dalğalanma yaradıb.

İqtisadçı ekspert Xalid Kərimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, kakaonun bahalaşması birmənalı olaraq şokoladın qiymətlərini artıracaq:

"Şokoladın hazırlanmasının əsas xammalı kakaodur. Təbii ki, orada müəyyən, məsələn, şəkər, işçi qüvvəsi və s. qatqılar var. Kakao maya dəyərinin formalaşmasında əsas rol oynayır"
 


Xalid Kərimli  hesab edir ki, kakaonun qiymətinin artması şokolad istehsalı xərclərinin artırdığına görə, rəqabətə uyğun qiymət səviyyəsinə artırıcı təsir göstərir:

"Xüsusən də kəskin bahalaşmalarda şokalad istehsalçıları tədricən qiymətləri qaldırırlar. Qiymətləri birdən-birə qaldırmırlar. Yavaş-yavaş xərc artımını qiymət artımına ötürürlər”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->