Xəbər lenti

Ekonomiks 17:56 27.02.2026

"Xəmsə Travel Qarabağ"ın otelində yoxlama - Cərimə edildi

Fövqaladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti "Xəmsə Travel Qarabağ" Məhdud Məhsuliyyətli Cəmiyyəti barəsində (MMC) protokol tərtib edib. 

Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə irəli sürülüb. 

MMC tərəfindən əsaslı təmir olunan və Xankəndi şəhəri ərazisində yerləşən otel binasında FHN tərəfindən aparılmış planlı yanğın təhlükəsizliyi müayinəsi zamanı "Yanğın Təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 6-cı bəndinin, X1 (YTQ № 01-2001) 3.1 və 10.4-cü bəndlərinin tələblərinin pozulduğu və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədiliyi müəyyənləşib. İş protokollaşdırılaraq məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə "Xəmsə Travel Qarabağ"  MMC 2000 manat cərimə edilib. 

Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Ağalarov Arzu Bakirzadə oğludur.

Aydın
--> -->