Abşeron rayonunun Digah qəsəbəsində yerləşən Şah İsmayıl Xətai küçəsində yağışlı hava şəraitində yol infrastrukturu ilə bağlı çətinliklər yaranır.
Qaynarinfo XəzərNews.az-a istinadən xəbər verir ki, bu barədə sakinlər tərəfindən redaksiyaya müraciət daxil olub. Bildirilir ki, yağıntılı havalarda küçədə iri gölməçələr əmələ gəlir, yol səthi palçıq və çala-çuxurlarla örtülür.
Sakinlərin sözlərinə görə, hər yağış və qar yağışından sonra yollar yararsız vəziyyətə düşür. Nəticədə avtomobillərin hərəkətində çətinlik yaranır, piyadaların gediş-gəlişi isə çətinləşir. Xüsusilə gecə saatlarında su ilə dolu dərin çuxurların sürücülər üçün risk yaratdığı qeyd olunur. Əraziyə daxil olan təcili yardım və digər operativ xidmət avtomobillərinin hərəkətində də problemlər yarandığı bildirilir.
Müraciətdə qeyd edilir ki, problemin uzun müddətdir davam etdiyi, yol və drenaj sistemində çatışmazlıqların olduğu iddia olunur. Sakinlər müxtəlif vaxtlarda aidiyyəti qurumlara müraciət etdiklərini də bildiriblər.
Şərhlər