Xəbər lenti

Siyasət 12:16 30.09.2022

DİN-dən Tofiq Yaqublunun saxlanılması ilə bağlı açıqlama

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu polis əməkdaşları tərəfindən saxlanılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi sosial şəbəkə hesabında məlumat paylaşıb.

Tofiq Yaqublunun hansı səbəbdən saxlanıldığı barədə hələ ki rəsmi məlumat verilməyib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Tofiq Yaqublu razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə saxlanılıb. Hazırda müvafiq araşdırma aparılır. Araşdırma başa çatan kimi sərbəst buraxılacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->