DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı 26 kq narkotik aşkarlanıb.
Bu barədə Qaynarinfo-ya DİN-dən məlumat verilib.
Bildirilib ki, əməliyyat zamanı külli miqdarda narkotik vasitənin satışını təşkil edən Xəqani Həmzəyev və Kənan Quliyev paytaxt ərazisində tutulublar. Onlardan 26 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və metamfetamin aşkarlanıb.
Faktlarla bağlı cinayət işi başlanılıb. X.Həmzəyev və K.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər