Xəbər lenti

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi (FOTO)
Siyasət 20:05 09.01.2026

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi (FOTO)

İranda baş qaldıran genişmiqyaslı etirazlar və ölkənin ikinci ən böyük şəhərinin (Məşhəd) nümayişçilərin nəzarətinə keçməsi barədə xəbərlər dünya mediasının diqqət mərkəzindədir.
 
Qaynarinfo-nun verdiyi xəbərə görə, bu hadisələr fonunda Azərbaycanın internet televiziyası  Kanal13 dünyanın diqqət mərkəzinə düşüb. Belə ki, ABŞ Prezidenti Donald Tramp, İrandakı son vəziyyətlə bağlı öz "Truth Social" hesabında Kanal13 tərəfindən yayımlanan görüntüləri paylaşıb.

Qeyd edək ki, ABŞ prezidenti şərhində İranın ikinci böyük şəhəri olan Məşhədin etirazçıların əlinə keçməsindən bəhs edir: 
"Milyonlarla insan mitinqə çıxdı: İranın ikinci ən böyük şəhəri etirazçıların nəzarətinə keçdi, rejim qüvvələri ərazini tərk etdi" .

Donald Trampın paylaşımını buradan izləyə bilərsiniz:
--> -->